Ağ Ev korlanmış 15 milyon doza “AstraZeneca” ilə bağlı açıqlama verdi

06 Aprel 2021 - 00:22

Baltimor fabrikində baş vermiş hadisə ABŞ-da vaksinasiyanın hədəflərinə təsir göstərməyəcək.

Bunu ABŞ prezidentinin mətbuat katibi Cen Psaki jurnalistlərə açıqlamasında bildirib.

“Biz onlara hesaba almadıq”, – Psaki korlanmış peyvənd dozaları barədə fikrini bildirərkən belə deyib.

“Biz hələ də mayın sonuna qədər bütün amerikalıların peyvənd olunması üçün kifayət qədər doza əldə etməyi düşünürük”, – deyə Ağ Ev rəsmisi əlavə edib.

Qeyd edək ki, ABŞ-ın Merilend şəhərinin Baltimor şəhərindəki müəssisə koronavirus əleyhinə iki fərqli peyvəndin tərkibini səhvən qarışdırılıb, nəticədə 15 milyon doza “Johnson & Johnson” peyvəndi korlanıb.