Ağ Evdə Tramp-Ərdoğan görüşü başladı –FOTO

Türkiyə prezidenti Ərdoğan dəvət edildiyi Vaşinqtonda prezident Donald Tramp tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Azpost.info avropa.info -ya istinadən xəbər verir ki, prezidentlər xanımları ilə Ağ Evin qarşısında jurnalistlər üçün foto çəkdiriblər.  Mətbuat üçün təşkil olunan kiçik brifinqdə prezidentlər jurnalistlərin suallarına cavab verib.

Tramp təkbətək və heyətlərarası görüşdən əvvəl bu sözləri deyib: “Atəşkəs davam edir, kürdlərlə görüşdük. Xeyli məmnundurlar. Sərhədinizin təhlükəsizlikdə olmasından məmnunam. Bununla yanaşı S-400-lər və F-35-lər məsələsini də müzakirə edəcəyik. Türkiyə İŞİD-çiləri çox yaxşı izləyir. İŞİD məsələsində çox uğur qazandıq. İŞİD-in üç nömrəli adamının izindəyik. Ancaq neftin təhlükəsizliyini təmin etmək üçün hərbçi saxladıq. İlk gündən bəri dostuq, bir-birimizi çox yaxşı başa düşürük. Bu tək istiqamətli yol deyil. Sizin burada qarşılamaq böyük şərəfdir”. 

Ərdoğan isə cavbında təşəkkür edərək “Mətbuat konfransında hər şeyi ətraflı danışacağıq” cavabı verib. Təkbətək görüşün 30 dəqiqə, heyətlərarası arası görüşün də 1 saat davam etdiyi nəzərə alınarsa görüşün 1,5 saat çəkməsi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva Hacı Zeynalabdin Tağıyevin evini bərpa etdirir –

Sonrakı məqalə

“Məşədi İbad” filmi Azərbaycandan əvvəl İranda çəkilib –