Mehriban Əliyeva Hacı Zeynalabdin Tağıyevin evini bərpa etdirir –FOTO

Azərbaycanın məşhur xeyriyyəçisi, milyonçu Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən bağ evi təmir edilir.

Azpost.info virtualaz.orga istinadən bildirir ki, artıq ərazidə işlərə start verilib. Malikanə əvvəlki görkəminə qaytarılacaq. Təmir işləri çərçivəsində bağda sonralar tikililən binalar sökülüb və ərazi köhnə halına qaytarılıb. Evin tam köhnə halında görünməsi üçün xaricdən də müəyyən tikinti avadanlıqlaırnın gətirilməsi nəzərdə tutulur.

Mədəniyyət Nazirliyinin sifarişi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən işlərin gələn ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, milyonçunun yaşadığı ev uzun illər xəstəxana və məcburi köçkünlər üçün sığınacaq kimi istifadə edilib.

Xatırladaq ki, ötən il dekabrın 21-də haqqin.az və virtualaz.org saytlarının redaksiyaları H.Z.Tağıyevin şəhər kənarında yerləşən həmin evinin bərpası və onun ev-muzeyinin yaradılması üzrə ictimai kampaniyaya başlamışdı.

Tağıyevin evi XIX əsrin sonlarında görkəmli memar İosif Qoslavski tərəfindən inşa edilib. Bolşevik hökuməti məşhur xeyriyyəçinin bütün əmlakını müsadirə etdi, ona çoxsaylı malikanələrindən yalnız birində yaşamağa icazə verdi. H.Z. Tağıyev Mərdəkandakı evi seçdi. 1924-cü ildə görkəmli azərbaycanlı elə həmin evdə dünyasını dəyişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xaçmazda 20 yaşlı şəxsi qatar vuraraq öldürüb

Sonrakı məqalə

Ağ Evdə Tramp-Ərdoğan görüşü başladı –