Ağ Evin 5 dil bilən ilk mühacir Birinci xanımı –   

Melania Trampın bilinməyən tərəfləri (FOTO)
29 İyul 2020 - 20:57

ABŞ-ın birinci xanımı Melania Tramp 15 il əvvəl Donald Tramp ilə evlənmədən öncə model idi. Sloveniyalı mühacir olan bu qadın kiberhücumunların əleyhinədir O, mühacirləri təhqir edən və Twitter-də müntəzəm olaraq düşmən kimi qəblul etdiyi insanlara hücum edən bir prezidentin yanında dayanır.

Həmişə təmkinli Melania Tramp heyrətamiz geyim tərzinə malikdir.

İki milyonluq əhalisi olan sabiq Yuqoslaviya respublikası Sloveniya onun uşaqlıq dostlarının hələ də yaşadığı yerdədir.

“Çox pozitiv idi. Kitab oxumağı çox sevirdi. Dizayn etməyi də sevirdi, köhnə paltarlardan yenisini hazırlayırdı”, Melaniyanın uşaqlıq rəfiqəsi Mircana Celalnçiç deyib.

Paltar sevgisi onun modelliyə və nəticədə ABŞ-a gətirmişdi.

“19-cu əsrdə Con Kvinsi Adamsın həyat yoldaşı Luisadan sonra Melaniya ilk mühacir birinci xanımdır”, -“Peoples” jurnalından Mişel Tauber bildirib.

Özündən 24 yaş böyük olan Donaldla Melaniya bir məsarimdə görüşüb və 2005-ci ildə onunla evlənib.  Bir il sonra Barron Tramp anadan olub. O, 1963-cü ildə Con F. Kennedidən sonra Ağ Evdə ən gənc prezident oğludur.

“İnanılmaz bir anadır, oğlu Barronu çox sevir” – deyə, Donald Tramp bildirib.

“Məktəbindən və idmanından zövq alır. Əla idmançıdır. Mən onun hələlik diqqət mərkəzində olmasını istəmirəm”, – Melaniya deyib.

Melaniya özü isə özü ilə bağlı təsadüfi çıxışlar istisna olmaqla, ictimaiyyətin gözündən yayınır.

Onun BE BEST kampaniyası uşaqların rifahını təbliğ edir. İyul ayında o, tək analar üçün sığınacaqda nahar paylayıb. Bu proqram eyni zamanda sosial mediada təhqirlərə yol verilməməsini də təbliğ edir.

“Bugünkü texnologiya insanları arxasında gizlədən və anonimliklərini saxlamağa kömək edən rəqəmsal qalxanlarla təmin edir, bunlar qayğıkeşlik və məsuliyyətin yerini tutur. Bu, uşaqların və böyüklərin xeyirxah və bəzən qəddar olmalarına səbəb ola bilər” – deyə, Melaniya bildirib.

O, ərinin bir çoxlarının etiraz etdiyi tvitlərinə dair ictimaiyyət arasında fikirlərini səsləndirmir. Prezidentin yeniyetmə iqlim fəalı Qreta Tanberqi lağa qoymasından osnra onun ofisi bəyanatla çıxış edərək, “prezident və birinci xanımın bir çox evli cütlüklər kimi müxtəlif ünsiyyətə malik olmaları sirr deyil” bildirmişdi.

Bəzən birinci xanımın özü də hədəf alınır. Prezident Tramp seçkidə qələbəsindən sonra sloveniyalılar onun şərəfinə inaqurasiya kostyumunda heykəl qoymuşdular.

Lakin bu il 4 iyul – Amerikada Müstəqillik Günü vandalizmə məruz qalan heykəl yığışdırılmışdır.

“Bu, çətin bir vəzifədir. Daha əvvəl oxşar rol oynamış dövlətin birinci xanımları üçün daha asan olub, lakin əvvəllər heç hökumətdə olmamış biri üçün bu, çətin işdir” – deyə, siyasi analitik Koki Roberts bildirib.

Melaniya Tramp katolikdir. Jaklin Kennedidən sonra o ilk katolik və Amerikanın beş dildə danışan birinci xanımıdır.

Son dörd ilini əsasən kameralardan uzaqda keçirsə də, ekspertlər deyir ki, Melaniya Tramp ikinci dönəm birinci xanım olmaq istəyirsə, indi daha çox danışmalıdır. (Amerikanın Səsi)