Ağcabədidə Kürdə batan ata və qızının axtarışları davam edir – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə daxil olan məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

FHN-dən verilən xəbərə görə, hazırda 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının batdıqları ehtimal edilən istiqamətlərdə axtarışları intensiv şəkildə davam etdirilir.

Əvvəlki məqalə

Murad Dadaşovun oğlunun nişan mərasimi olub

Sonrakı məqalə

“Sədərək”də avtomobillərə ziyan vuran gənc psixi xəstəxanaya yerləşdirilib