Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinə ayrıldı –Vərəm xəstələri köçürülür

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinin qəbulu üçün istifadə edilən tibb müəssisələrinin siyahısına daxil edilib. 

Xəstələrin “Sputnik Azərbaycan”a verdikləri məlumata görə, artıq xəstələr bu institutdan köçürülür. Bu məlumatı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova təsdiqləyib.

O, bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar tibb müəssisələrinin koronavirus xəstələrinin qəbulu üçün hazırlanması prosesi normaldır:

“Xəstələrimiz də digər belə xəstələr üçün nəzərdə tutulmuş dispanserlərə köçürülür. Biz xəstələrimizi çölə atmırıq ki. Onların müalicəsi köçürülən tibb müəssisələrində davam etdiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda iqtisadçı ad günündə koronavirusdan öldü-

Sonrakı məqalə

Arif Quliyev vəfat edən oğlundan danışdı: