Bakıda iqtisadçı ad günündə koronavirusdan öldü-Anası dözmədi, ürəyi dayandı

Koronavirus infeksiyasına yoluxma daha bir faciəyə səbəb olub.

Lent.az -ın məlumatına görə, 37 yaşlı iqtisadçı Ramin Qurbanov bu gün müalicə aldığı xəstəxanada vəfat edib. Həkimlərin səyinə baxmayaraq, infeksiyaya yoluxmuş gənc doqquz gün mücadilə aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ad günü olan R.Qurbanov dünən səhər saatlarında vəfat edib. Məlumata görə, onun azyaşlı qızı var.

Dostlarının və sinif yoldaşlarının sosial şəbəkələrdə yazdıqlarına görə, axşam saatlarında isə oğlunun itkisinə dözə bilməyən anası Nazilə Qurbanova ürək tutmasından vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Haramı düzündə minaatan və top mərmiləri aşkarlandı –

Sonrakı məqalə

Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinə ayrıldı –