Ağdamda ekskovator minaya düşüb

Dekabrın 29-da Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində təmir işləri aparılan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator ilə sürücü 1978-ci il təvəllüdlü Vurğun Məmmədovun tank əleyhinə minaya düşməsi nəticəsində ekskovatora ziyan dəyib, sürücü hər hansı xəsarət almayıb.

Ağdam Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ASAN xidmət” mərkəzləri beş gün işləməyəcək

Sonrakı məqalə

Ölkədə son sutkada 595 nəfər COVID-19-a yoluxub