Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ağdamın Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç yola salınıb

User 25 İyul 2025 - 08:41 (Last updated: 25 İyul 2025 - 08:41)
koc

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Ağdam rayonunun Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xıdırlı kəndinə Bərdə rayonundan – 21 ailə (76 nəfər); Bakı şəhərindən – 19 ailə (75 nəfər); Mingəçevir şəhərindən – 5 ailə (19 nəfər); Ağdam rayonundan – 4 ailə (16 nəfər); Ağdaş rayonundan – 2 ailə (10 nəfər); Oğuz rayonundan– 2 ailə (8 nəfər); Abşeron rayonundan – 2 ailə (8 nəfər); Yevlax rayonundan– 2 ailə (6 nəfər); Qəbələ rayonundan – 1 ailə (5 nəfər); Göyçay rayonundan – 1 ailə (5 nəfər); Sumqayıt şəhərindən – 1 ailə (4 nəfər) olmaqla ümumilikdə 60 ailə – 235 nəfər, Cəbrayıl şəhərinə isə Bakı şəhərindən – 18 ailə (76 nəfər); Biləsuvar rayonundan – 12 ailə (50 nəfər); Abşeron rayonundan – 11 ailə (42 nəfər); Sumqayıt şəhərindən – 6 ailə (22 nəfər); Şabran rayonundan – 2 ailə (8 nəfər); Mingəçevir şəhərindən – 1 ailə (1 nəfər) olmaqla ümumilikdə 50 ailə – 199 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

AzPost.az

Post navigation

Previous: Goranboyda 15 yaşlı oğlan anasını və bacısını qətlə yetirib
Next: Starlink peykləri Ukraynanın cəbhə xətti boyunca 2 saat işləməyib

Oxşar xəbərlər

vekil orxa
  • Sosial

Vəkil Orxan Kəngərli polis tərəfindən saxlanılıb

User 19 Noyabr 2026 - 09:54
White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28

xƏBƏR

ukr rus zerbe
  • Dünya

Ukrayna Tatarıstanda Rusiyanın neft arteriyasını vurdu – VİDEO

User 19 Noyabr 2026 - 10:58
Noyabrın 19-na keçən gecə Rusiyanın Tatarıstan Respublikasında pilotsuz uçuş aparatları (PUA) təhlükəsi ilə bağlı rejim elan edilib....
Read more about Ukrayna Tatarıstanda Rusiyanın neft arteriyasını vurdu – VİDEO
Tramp və Si Cinpinin görüşü başa çatdı tramp cin lideri
  • Dünya

Tramp və Si Cinpinin görüşü başa çatdı

User 19 Noyabr 2026 - 10:54
Pirs Brosnan yeni “Ceyms Bond”a dəstək verdi – “Möhtəşəm olacaqsan” ceyms bond pattenson
  • Şou Biznes

Pirs Brosnan yeni “Ceyms Bond”a dəstək verdi – “Möhtəşəm olacaqsan”

User 19 Noyabr 2026 - 10:44
Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilidi- Rektor təyin olunub meleyke
  • Baş Yazı

Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilidi- Rektor təyin olunub

User 19 Noyabr 2026 - 10:23
Alen Simonyan gələn ay Azərbaycana gələcək simonyan
  • Dünya

Alen Simonyan gələn ay Azərbaycana gələcək

User 19 Noyabr 2026 - 10:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.