Ağstafada 10-cu sinif şagirdi intihara cəhd edib

18 Aprel 2020 - 11:44

Ağstafada intihara cəhd baş verib.

Hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Heydərova  Leyla Misir qızı ağır vəziyyətdə Ağstafa rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdilrilib. Dərhal ona lazimi tibbi yardım göstərilib. L.Heydərovanın vəziyyəti ağır olaraq qalır.

Anasının sözlərinə görə, səhər saat 7 radələrində qızını evlərinin yaxınlığındakı yarımtikilidə asılı vəziyyətdə tapıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Qeyd edək ki, 17 yaşlı L.Heydərova Qazax Liseyinin 10-cu sinif şagirdir.

Faktla bağlı araşrıdırma aparılır. (APA)