Ağstafada 11 sinif şagirdini bıçaqlayan şəxs saxlanılıb

25 Oktyabr 2021 - 00:33

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Tatlı kəndində qeydə alınıb. 2004-cü il təvəllüdlü Sadıqov Sadiq bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib.

11 sinif şagirdini bıçaqlayan şəxs tutulub. Hadisəni Cəlilabad rayon sakini 2006-cı il təvəllüdlü K.Musayev törədib. O, polis tərəfindən saxlanılıb. İlkin ifadəsində cinayəti törədiyini etiraf edib.
Fakla bağlı araşdırma aparılır.