Ağstafada mikroavtobus aşıb –9 nəfər xəsarət alıb

Ağstafa rayonunda 9 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ağstafa-Poylu marşrut xətti üzrə hərəkətdə olan mikroavtobusun sürücüsünün qəfil idarəetməni itirməsi nəticəsinə avtobus aşıb.

Nəticədə mikroavtobusda olan sərnişinlər – 1986-cı il təvəlüdlü Quliyeva Pərvanə Cümşüd qızı, 1982-ci il təvəllüdlü Nəsibov Vüsal Yusuf oğlu, 1956-cı il təvəllüdlü Babayeva Gülüruf Teymur qızı, 2003-cü il təvəllüdlü Oruclu Zöhrəbəyim Akif qızı, 1986-cı il təvəllüdlü Orucova Tamella Arif qızı, 2003-cü il təvəllüdlü Kərimov Rəşid, 1984-cü il təvəllüdlü Muğalova Gülarə Afad qızı, 1992-ci il təvəllüdlü Göycəliyeva Pərvin Hidayət qızı, 2003-cü il təvəllüdlü Cəlilova Zülfiyyə Əsgər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Ağstaya rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır qıymətləndirilir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milyonlarla insanın qarşısında “Azadlıq” hayqırdığı heykəl –

Sonrakı məqalə

Süleyman Rüstəmin 1988-ci ildə verdiyi son müsahibəsi: