Müharibə başlayandan Avropa İttifaqında (Aİ) Rusiyanın 17 milyard avrodan çox aktivləri dondurulub.
Azpost.info xəbər verir ki, bunu Aİ-nin ədliyyə üzrə komissarı Didye Reynders bildirib.
“İndiyədək 90 nəfərin aktivləri dondurulub. 7 üzv ölkədə 17 milyard avrodan çox… O cümlədən Almaniyada 2,2 milyard avro”, – Reynders deyib.
Reynders qeyd edib ki, Ukraynaya təcavüz başlayandan bəri Avropa İttifaqı Rusiyaya qarşı səkkiz sanksiya paketi tətbiq edib və indi başqa nə edilə biləcəyini araşdırır.
Komissar xatərladıb ki, Qərbin sanksiyaları çərçivəsində Rusiya Mərkəzi Bankının 300 milyard avroluq valyuta ehtiyatları dondurulub: “Məncə, bu 300 milyard avro ən azı Rusiya Ukraynanın yenidən qurulmasında könüllü iştirak edənə qədər zəmanət kimi saxlanıla bilər”.
İyul ayında Reynders Aİ üzvlərinin rusların təxminən 13,8 milyard avro dəyərində yaxtalarını, daşınmaz əmlaklarını, hesablarını və digər aktivlərini dondurduqlarını bildirmişdi. Bu o deməkdir ki, üç ay ərzində dondurulmuş aktivlərin həcmi nəzərçarpacaq dərəcədə artıb.
Azpost.info