Aİ ölkələri Rusiya neftinin qiymətini 51 dollara endirməyə çağırır

Polşa, Estoniya və Litva Rusiya nefti üçün “tavan qiymət”i bir barel üçün 51 dollara endirməyə çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin məlumatına görə, bir qrup ölkə Rusiya nefti üçün həddin bazar qiymətlərindən 5 faiz aşağı olmasını tələb edir.

O da qeyd olunur ki, martın 15-də Aİ ölkələrinin nümayəndələri Rusiya neftinin qiymətinə yenidən baxılmasını müzakirə edəcəklər.

Xatırladaq ki, Rusiya neftinin bir bareli üçün 60 dollar “tavan qiymət” tətbiq edilib.

Azpost.info

Əvvəlki məqalə

Səudiyyə “tavan qiymət” tətbiq edən ölkələrə neft satmayacaq

Sonrakı məqalə

Ermənistan və Türkiyə arasında 320 milyon dollarlıq mal dövriyyəsi olub