Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha 6 ay müddətinə uzadıb.
Azpost.info xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqının rəsmi jurnalında dərc olunub.
“Avropa İttifaqı Şurası Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin pozulmasına görə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin 2023-cü il martın 15-dək uzadılması barədə qərar qəbul edib”, – sənəddə deyilir.
O da qeyd olunur ki, sanksiya siyahısından 3 rusiyalının – Vladimir Jirinovskinin, Mixail Fridmanın həyat yoldaşı Olqa Aizimanın və Alişer Usmanovun bacısı Saodat Nərziyevanın adları çıxarılıb.
Azpost.info