Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha 6 ay müddətinə uzadıb.

Azpost.info xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqının rəsmi jurnalında dərc olunub.

“Avropa İttifaqı Şurası Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin pozulmasına görə  Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin 2023-cü il martın 15-dək uzadılması barədə qərar qəbul edib”, – sənəddə deyilir.

O da qeyd olunur ki, sanksiya siyahısından 3 rusiyalının – Vladimir Jirinovskinin, Mixail Fridmanın həyat yoldaşı Olqa Aizimanın və Alişer Usmanovun bacısı Saodat Nərziyevanın adları çıxarılıb.

Azpost.info

 

Əvvəlki məqalə

Prezident İslam Kərimovun məqbərəsini ziyarət edib –

Sonrakı məqalə

Şəhid dəfnlərində dini şüarlar səsləndirənlərlə bağlı araşdırmalar aparılır