Avropa İttifaqının (Aİ) 27 ölkəsinin hökumət başçıları Brüssel sammitində Çinlə münasibətlərə dair müzakirələr zamanı mobil telefonlarını təhvil veriblər.
Azpost.info xəbər verir ki, bu barədə Aİ Şurasının rəhbəri Şarl Mişelin mətbuat katibi Barend Leyts bildirib.
“Avropa İttifaqı Şurasının sədri sammitin ikinci gününə Çinlə bağlı strateji müzakirələrlə başlamağı təklif edib. Salonda mobil telefon yoxdur”, – Leyts əlavə edib.
Estoniyanın Baş naziri Kaya Kallas qeyd edib ki, Avropa İttifaqı Çinə sistemli rəqib kimi baxmaq niyyətindədir və bu dövlətlə münasibətlərə dair vahid yanaşma razılaşdırılmalıdır.
Azpost.info