Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Aİ sanksiyaları pozan neft tankerləri üçün limanlarını bağlayacaq

User 08 May 2023 - 20:34 (Last updated: 21 May 2025 - 20:15)
ship-629472_1920

Şirkətlərin Rusiya nefti və neft məhsulları üçün müəyyən edilmiş qiymət həddini pozmasının qarşısını almaq üçün Avropa İttifaqı Qərbin sanksiyalarından yan keçməyə çalışan gəmilərin öz limanlarına girişini qadağan edəcək.

Azpost.info xəbər verir ki, belə bir təklif Aİ tərəfindən nəzərdən keçirilən 11-ci sanksiyalar paketində yer alıb.

“Bloomberg” Avropa Komissiyasının sənədlərinə istinadən yazır ki, bu cür hərəkətlər fırıldaqçılıq əməlləri kimi qiymətləndirilir və ekoloji risklərin sayının kəskin artmasına səbəb olur.

Xüsusilə Rusiya neftini bir gəmidən digərinə daşımaqda şübhəli bilinən tankerlərin Avropa limanlarına girişinə qadağa qoyulması təklif edilir. Bu, adətən mənşəyini gizlətmək və ya digər növlərlə qarışdırmaq üçün edilir.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, aprel ayında ixrac edilən Rusiya neftinin orta qiyməti Avropa İttifaqı və G7-nin müəyyən etdiyi 60 dollar/barel həddini keçib. Əsasən Çinə göndərilən ESPO markalı neft isə son həftələrdə Uzaq Şərqdə bir barel üçün 74 dollara satılıb.

Azpost.info

Post navigation

Previous: Naxçıvan Dövlət Universitetində yeni təyinat olub
Next: NATO Qara dəniz üzərində hərbi hava qüvvələrinin hazırlığını artırdı

Oxşar xəbərlər

Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32

xƏBƏR

Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülh sazişinin dekabrda keçiriləcək G20 sammiti çərçivəsində imzalana biləcəyini...
Read more about Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp
Ərdoğan Zelenskini qəbul edib erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.