“Avropa İttifaqı Türkiyəni Rusiyaya qarşı sanksiyalara məcbur etməlidir”- “Politico”

Avropa İttifaqı Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı Rusiyaya qarşı çıxan ölkələrin siyahısını genişləndirməlidir.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazır.

Müəlliflərin fikrincə, Türkiyə və BƏƏ kimi ölkələr hələ də Rusiyaya qarşı məhdudiyyətlərə getməyiblər. Ona görə də Moskvaya qarşı sanksiyaları dəstəkləməkdən imtina edən ölkələrə təzyiq rıçaqlarını tapmaq lazımdır.

“Avropa İttifaqı və müttəfiqləri Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri kimi üçüncü ölkələri Rusiyaya qarşı məhdudiyyətlər qoymağa təşviq etməlidir. Yumşaq, orta və sərt güc strategiyası təbliğ olunmalıdır. Aİ yumşaq yanaşma kimi, ilk növbədə üçüncü ölkələrlə diplomatik dialoqu və qarşılıqlı fəaliyyəti aktivləşdirməli, onların Ukraynanı niyə dəstəkləmədiyini anlamalı, sonra isə bu mövqeyi dəyişmək üçün imkanlar tapmalıdır.

Orta yanaşmadan istifadə edərək Rusiyanı dəstəkləyən üçüncü ölkələrin fəaliyyətinin Ukrayna münaqişəsinə necə təsir etdiyi barədə məlumatları dərc edən vətəndaş cəmiyyətini və araşdırma təşkilatlarını dəstəkləməlidir. Sərt yanaşma kimi isə Rusiyaya qoyulan məhdudiyyətləri dəstəkləmədikləri üçün üçüncü ölkələrə qarşı təhdidlərdən istifadə etməyi nəzərdə tutmalıdır”, – nəşr müəllifləri bildirir.

Azpost.info

Əvvəlki məqalə

Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlandı

Sonrakı məqalə

Bakıya gələn rayon sakinləri qeydiyyata düşməsələr cərimə olunacaqlar –