Aİ və MDB ölkələrindən Azərbaycana nə qədər turist gəlib?- Rəqəmlər

Bu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqı (Aİ) və MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı son bir ildə artıb.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24% artaraq 110,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,3% artaraq 880,9 min nəfər olub.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin doqquz ayında Azərbaycana dünyanın 191 ölkəsindən 2 418,3 min və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 9,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“G-7” sammiti Floridadakı kurortda keçirilməyəcək

Sonrakı məqalə

Pakistan prezidenti Azərbaycana gələcək