Aİ-yə üzv ölkələrin liderləri “Bərpa Planı”nı müzakirə edəcəklər

23 İyun 2020 - 15:12

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri koronavirus pandemiyasının iqtisadi nəticələrinin aradan qaldırılması ilə bağlı “Bərpa Planı”nı müzakirə edəcəklər.

APA-nın xəbərinə görə, bu barədə Aİ Şurası Prezidentin mətbuat katibi Barend Leyts “Twitter”də bildirib.

O qeyd edib ki, Aİ Şurası Prezidenti Şarl Mişelin fövqəladə çağırışı ilə iyulun 17-18-də təşkilata üzv ölkələrin liderləri Brüsseldə toplanacaqlar. Onlar “Bərpa Planı”nı müzakirə edəcəklər.