Ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı açıqlanıb

25 İyun 2021 - 10:06

Ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı məlum olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, 2021-ci ilin may ayında ailə başçısını itirməyə görə 195 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.

Onlardan 141 min nəfərdən çoxu pensiya, 53 min nəfərdən çoxu isə müavinət alıb.