Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Ailəsi yaddaşını itirən Brüs Uillisi yaşadığı evdən çıxarıb –

User 27 Avqust 2025 - 18:21 (Last updated: 27 Avqust 2025 - 22:03)
brus uullis

Yaddaş pozğunluğu diaqnozu qoyulmuş məşhur Hollivud aktyoru Brüs Uillisin ailəsi xəstəliyinə görə onu başqa evə köçürmək qərarına gəlib.

AzPost bildirir ki, bunu aktyorun həyat yoldaşı Emma Heminq-Uillis ABC-nin “Good Morning America” ​​proqramı üçün Dayan Soyerə müsahibəsində deyib.

2022-ci ildə Brus Uillisin ailəsi aktyora orqanik beyin zədələnməsi nəticəsində yaranan nitq pozğunluğu diaqnozu qoyulduğunu açıqlayıb. Bu xəstəliklə insan nitqi anlamaqda və söz seçməkdə, oxumaqda və yazmaqda çətinlik çəkir. Səhhətinə görə aktyor kino karyerasını bitirmək qərarına gəlib. Sonradan bildirildi ki, afaziya aktyorda frontotemporal demensiyaya (yaddaşın itirilməsinə) səbəb olub.

Emma Heming-Uillis müsahibəsində bildirib ki, o, aktyorun davranışında dəyişiklikləri ilk dəfə hələ rəsmi diaqnoz qoyulmamışdan əvvəl hiss edib. Onun sözlərinə görə, Uillis qızlarını məktəbə daha az aparır, sakit oturur və ailə bir araya gələndə sanki bir az ətrafdan təcrid olunurdu. Aktyorun həyat yoldaşı əvvəlcə nə baş verdiyini anlamadığını qeyd edib.

Aktyorun hazırkı durumundan danışan Heminq-Uillis bildirib ki, Brus hələ də aktivdir, ümumi sağlamlığı yaxşıdır. Amma öz vəziyyətindən xəbəri yoxdur: “Brus əsasən əla formadadır, yalnız beyini onu pis vəziyyətdə qoyur.  Onun sözlərinə görə, aktyor nitqdə çətinlik çəkir, lakin qohumları artıq uyğunlaşmağı öyrəniblər və onunla ünsiyyət qurmağın başqa yollarını tapıblar”.

Aktyorun həyat yoldaşı da qeyd edib ki, onun fikrincə, Brüs hələki onu və ailəsini tanıyır. Ailə Brüs Uillisin təhlükəsizliyini təmin etmək və 24 saatlıq qayğı qrupu ilə yaşamasına icazə vermək üçün onu yaxınlıqdakı ayrı bir evə köçürmək qərarına gəlib: “Bu, həyatımda verməli olduğum ən çətin qərarlardan biri idi. Amma bilirdim ki, Brus qızlarımızın öz ehtiyaclarına uyğun olan evdə yaşamalarını istəyəcək”.

Emma Heminq-Uillis əlavə edib ki, aktyorun qohumları daim evdə olur, onunla vaxt keçirirlər.

AzPost.az

Post navigation

Previous: İki təqaüdçü deputatdan külli miqdarda pul qoparmağa çalışıb
Next: Məşhur yuxu qaydaları yuxusuzluğu daha da ağırlaşdıra bilər

Oxşar xəbərlər

suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
mehriban konsert
  • Mədəniyyət

Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib

User 04 Noyabr 2026 - 22:23
mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.