Belarusun hüquq-mühafizə orqanları bildirib ki, Minskdə situasiyanı nəzarət altına ala biliblər.
Azpost.info-nun məlumatına görə, prezident seçkilərinin nəticələrinə etiraz olaraq gecədən etibarən çoxminli etiraz aksiyası başlanıb.
“Milis icazəsiz keçirlən kütləvi aksiyalarla bağlı situasiyaya nəzarət edir”-deyə BELTA DİN-əistinadən məlumat yayıb.
Gecə başlanan aksiyaya qarşı daxili qoşunların hissələri, OMON hərəkətə keçib. Mitinqçilər mərkəzi küçələrdən sıxışdırılıblar. KİV-in məlumatına görə, milis səs bombalarından, dəyənəklərdən, su şırnaqlarından və rezin güllələrdən istifadə edib.