Serbiya Prezidenti Aleksandar Vuçiç xəstəxanaya yerləşdirildiyi barədə yayılan xəbərlərdən sonra özünü yaxşı hiss etdiyini və ölkə üzrə planlaşdırılan səfərini ləğv etməyəcəyini bildirib.
Aleksandr Vuçiçin müvafiq bəyanatı TV Pink telekanalının səhər proqramının aparıcısı tərəfindən səsləndirilib.
“Özümü yaxşı hiss edirəm və bu gün saat on ikidə Zaeçarsk dairəsinə planlaşdırılan səfərimi həyata keçirəcəyəm”, – deyə aparıcı Serbiyanın dövlət başçısının bəyanatından sitat gətirib.
Proqramda iştirak edən analitiklərin fikrincə, prezidentin səhhəti barədə müxalif siyasətçilərin bəyanatları spekulyasiyadır.
Xatırladaq ki, bir müddət öncə Serbiya mediasında Prezident Aleksandr Vuçiçin xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı(azərtac).