“Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı hazırdır

“Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı artıq hazırdır.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

O bildirib ki, Təhsil Nazirliyi yeni qanun layihəsinə daxil etmək üçün təkliflər paketini hazırlayıb: “Yaxın günlərdə Təhsil Nazirliyi təkliflər paketini Milli Məclisin Elm və təhsil komitəsinə təqdim edəcək. Biz bununla bağlı şifahi danışıqlar aparmışdıq. Ancaq indi rəsmi qaydada bunu gözləyirik”.

Komitə sədri bildirib ki, “Ali təhsil haqqında” qanun layihəsinin məqbul variantı Milli Məclisin oktyabr ayında keçiriləcək plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, “Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin 2019-cu il payız sessiyasının qanunvericilik işlər planına daxil edilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəxsiyyət vəsiqələri yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək –

Sonrakı məqalə

Əcnəbilər ölkəmizdə 862 milyon manat pul xərcləyib –