Əcnəbilər ölkəmizdə 862 milyon manat pul xərcləyib –Səkkiz ayda

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 190 ölkəsindən 2138,7 min və ya 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 8,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Azpost.info bildirir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin sentyabr sayında qeyd edilib.

Bu ilin avqust ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 13,2 faiz artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 137,4 milyon manat təşkil edib.

Ümumilikdə isə 2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 862,9 milyon manat təşkil edib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı hazırdır

Sonrakı məqalə

Bakıda yol çöküb –