Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Alimlər süni intellektin sürətli inkişafından narahatdırlar

User 02 Noyabr 2025 - 10:00 (Last updated: 02 Noyabr 2025 - 12:14)
suni intelekt

Süni intellekt və neyrotexnologiyaların sürətli inkişafı şüurun necə yarandığını anlamağın zəruriliyini hər zamankindən daha aktual edib. Beynəlxalq alimlər qrupu bu nəticəyə gəlib.

AZƏRTAC xəbər verir ki, tədqiqat “Frontiers in Science” jurnalında dərc olunub.

Şüur orqanizmin özünü və ətraf aləmi dərk etdiyi haldır. Onilliklərdir aparılan araşdırmalara baxmayaraq, elm hələ də subyektiv təcrübənin bioloji proseslərdən necə yarandığını izah edə bilmir.

“Şüur artıq fəlsəfi kateqoriya deyil. Bu, birbaşa tibbə, hüquqa, etikaya və insan varlığını anlamağımıza təsir edən məsələdir”, – deyə məqalənin müəlliflərindən biri, Brüssel Azad Universitetindən professor Aksel Klirmans bildirib.

Alimlər müxtəlif nəzəriyyələri nəzərdən keçirirlər: məsələn, “qlobal işçi məkanı nəzəriyyəsi” beynin müxtəlif sahələrindən gələn məlumatların birləşməsi nəticəsində şüurun yarandığını fərz edir; “inteqrasiya olunmuş informasiya nəzəriyyəsinə” görə isə sistemin hissələri sıx əlaqəli və qarşılıqlı təsirli olduqda həmin sistem şüurlu hala gəlir.

Yeni tədqiqatda alimlər şüur elminin mövcud vəziyyətini və insanlığın yalnız şüuru anlamaqla kifayətlənməyib, onu yaratmağı da bacardığı təqdirdə – məsələn, süni intellektdə və ya laboratoriyada yetişdirilmiş beyin orqanoidlərində ortaya çıxacaq mümkün nəticələri təhlil ediblər.

Müəlliflərin fikrincə, insan, heyvan, embrion, orqanoid və ya süni intellekt kimi sistemlərin şüur əlamətlərinə malik olub-olmadığını müəyyən etmək üçün etibarlı şüurluluq testlərinə ehtiyac var. Bu, beyin zədələri və ya demensiyası olan xəstələrdə şüurluluğun diaqnostikasına, həmçinin onun döl və ya heyvanlarda hansı mərhələdə yarandığını anlamağa kömək edəcək.

Lakin belə kəşflər həm də dərin etik və hüquqi nəticələrə səbəb olacaq: əgər hər hansı sistem şüurlu sayılarsa, cəmiyyət onunla necə davranmalı olduğu sualına cavab verməli olacaq.

“Şüurun öyrənilməsində irəliləyiş bizim özümüz, süni intellekt və insanın təbiətdəki yeri barədə təsəvvürümüzü dəyişəcək”, – deyə Sasseks Universitetindən professor Anil Set qeyd edib.

Müəlliflər xəbərdarlıq edirlər ki, süni intellekt və beyin interfeysləri ilə bağlı texnologiyalar şüurla bağlı elmdən daha sürətli inkişaf edir və bu, ciddi etik nəticələrə gətirib çıxara bilər.

AzPost.az

Post navigation

Previous: Tramp Ağ Evdə Suriya liderini qəbul edəcək
Next: Putinlə Tramp arasında operativ görüşə ehtiyac yoxdur

Oxşar xəbərlər

ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.