Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Allergik xəstəliklər irsi keçir, genlər vasitəsilə nəsildən-nəslə ötürülür”-

User 06 Mart 2024 - 16:01 (Last updated: 21 May 2025 - 20:15)
allergiya

“Allergik xəstəliklər irsi keçən, xroniki xəstəliklərdir, genlər vasitəsilə nəsildən-nəslə ötürülür”.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun allerqoloqu Çinarə Novruzova açıqlayıb. Onun sözlərinə görə, hansı situasiyalarda allergik xəstəliklər astmaya keçə bilər sualı yarandıqda ilk növbədə hansı allergik xəstəliklərdən söhbət getdiyinə diqqət yetirmək vacibdir: “Bu proses astmaya doğru “allergik marş” olaraq adlanır. Nə üçün bu şəkildə adlandırıldığına diqqət yetirsək, görərik ki, astmadan öncə uşaqda proses digər allergik simptomlar şəklində müşahidə olunur. Proses kiçik yaşlarda əsasən dəridə lokalizasiya olunur və atopik dermatit adlanır. Atopik dermatit yeni doğulan zaman müşahidə olunur. Xəstəliyin simptomları dəridə quruluq, səpgi və qaşınmadır. Kiçik yaşlarda bu şikayətlər üz nahiyəsində, ətraf büküşlərində görünür. Bu reaksiyalar qidaya, istifadə olunan təmizlik vasitələrinə, geyim əşyalarına, yataq dəstlərinə qarşı yarana bilər. İrəliləyən yaşlarda qoruyucu tədbirlər görülməsə, proses həm dəri səthində yayılır, həm də üst tənəffüs yollarında lokalizasiya olunur. Üst tənəffüs yollarına lokalizasiya olunan reaksiyalar allergik rinit adlanır. Xəstəliyin simptomları burunda qaşınma, tutqunluq, şəffaf axıntının gəlməsi ilə müşahidə olunur. Bu şikayətlərdə eyni şəkildə atopik dermatitdə qıcıqlandırıcı rol oynayan amillərin təsirinə məruzqalma zamanı yaranır”.

Allerqoloq qeyd edib ki, bu mərhələlərdə uşaqlarda düzgün həyat tərzi, hipoallergik pəhriz və müalicə aparılmadıqda artıq növbəti mərhələ olan astmanın yaranma ehtimalı artır: “Bu proses nəsildə astmadan əziyyət çəkən şəxs olduqda daha çox müşahidə edilir. Biz kiçik yaşlarda uşaqda atopiya hallarını gördükdə bu halı yaradan qidanı, ətraf mühit amillərini araşdırıb tapmalı və uşaqdan kənarlaşdırmalıyıq. Əlavə olaraq xəstəlik barədə geniş məlumat verilməli, müalicə planı təyin edilməlidir. Bu şəkildə yanaşma ilə uşaqlarda gələcəkdə astma kimi xəstəliklərin inkişaf riski azala bilər”.

Post navigation

Previous: “Biz çoxuq və güclüyük”
Next: Natəvanın Fransadakı abidəsinə qarşı vandalizm –

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Axşam yeməyi yuxunun keyfiyyətinə, həzm sisteminin fəaliyyətinə, gecə ərzində orqanizmdə gedən bərpa proseslərinə və səhər iştahasına təsir...
Read more about Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.