Bundestaqın üzvləri Tayvana gedəcəklər- Bu tarixdə

Almaniya Bundestaqının İnsan Hüquqları və Humanitar Yardım Komitəsinin üzvləri oktyabrın sonunda Tayvana səfər etməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, nümayəndə heyətinin tərkibinə parlament fraksiyalarının təmsilçiləri, həmçinin Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqından iki parlamentari daxil olacaq. Ümumilikdə səkkiz parlamentari adaya getmək niyyətindədir.

Məlumata görə, bu səfər çoxdan planlaşdırılıb, lakin koronavirus pandemiyası səbəbindən dəfələrlə təxirə salınıb. Ona görə də bunu Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana son səfəri ilə əlaqələndirmək olmaz.

Tayvanla yanaşı, alman siyasətçiləri Yaponiya və Honq-Konqa səfər edəcək. Səfər proqramı oktyabrın 22-dən 30-dək davam edəcək.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan nefti ucuzlaşıb

Sonrakı məqalə

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib