“Almaniya Ermənistan-Azərbaycan sərhədində qeyri-sabit durumdan narahatdır” –ŞOLTS

Bizim üçün (Almaniya üçün-red.) vacibdir ki, Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişə artıq özünün sülh yolu ilə həllini tapsın. Açığını deyək ki, Almaniya Ermənistan-Azərbaycan sərhədində mövcud olan qeyri-sabit duruma görə bir az narahatdır.

Bu fikirləri Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

Almaniya kansleri deyib: “Bizim arzumuz budur ki, bu münaqişə qısa bir zamanda, yerindəcə uzunmüddətli və qəbul olunan həllini tapsın. Burada sülh yolu ilə həll deyəndə təbii onu nəyi nəzərdə tuturuq ki, həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyü təmin olunsun. Eyni zamanda, hər iki ölkənin əhalisinin insan hüquqları və azadlıqları qorunmalıdır, beynəlxalq hüquqa uyğun olmalıdır. Almaniya burada təbii ki, öz dəstəyini göstərməyə hazırdır”.

Əvvəlki məqalə

Azərbaycan Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır –

Sonrakı məqalə

Paşinyan Ermənistan və Rusiya birgə qoşun qruplaşmasının komandirini istefaya göndərib