Almaniya kansleri bu gün Baydenlə görüşəcək

Fevralın 7-də Almaniyanın Kansleri Olaf Şolts Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşəcək. Məqsəd Rusiyanın Ukrayna ilə sərhəd qoşun yığmasının yaratdığı gərginliyin aradan qaldırılmasında Almaniyanın rolunu artırmaqdır.

Şolts dekabrda kansler vəzifəsinə keçəndən bəri ilk dəfədir Ağ evə səfər edir. Almaniyanın yeni lideri Ukraynaya silah göndərməyə razılaşmadığına görə tənqidlə üzləşib.

Fevralın 6-da Berlindən yola düşən Şolts bir daha Almaniyanın Ukraynaya silah göndərməyəcəyini qeyd edib. Amma o, ölkəsinin Baltik ölkələrinə əsgər göndərməyə hazır olduğunu söyləyib.

Almaniyanın Baltik ölkələrində NATO əməliyyatlarında iştirakını “gücləndirmək üçün gərəkəni etməyə hazırıq”, – Şolts Almaniyanın ARD ictimai televiziyasına müsahibəsində deyib.

Almaniya NATO-nun Litvada əməliyyatına rəhbərlik edir, bu ölkədə 500 əsgəri var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ödənişli oxuyan 20 min tələbənin təhsil pulunu dövlət ödəyir

Sonrakı məqalə

Azərbaycan 8 erməni hərbi qulluqçunu Ermənistana qaytardı-