Ödənişli oxuyan 20 min tələbənin təhsil pulunu dövlət ödəyir

Ödənişli təhsil alan 20 min 200 tələbənin təhsil haqqını dövlət ödəyir.

Bunu təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı müzakirələrdə Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev deyib. O bildirib ki, məcburi köçkün statusu olan, valideynini itirmiş və valideyn himayəsindən məhrum olan tələbələrin, Azərbaycanın suverenliyi, ərazi bütövlü uğrunda həlak olmuş və əlil olmuş şəxslərin uşaqlarının, əlil tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilir. Onların təhsil tələbə krediti almaq üçün müraciət etmələrinə ehtiyac yoxdur.

Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Amerikalı qadın pilot F-35 qırıcısını gəmiyə belə çırpdı –

Sonrakı məqalə

Almaniya kansleri bu gün Baydenlə görüşəcək