Almaniya kansleri Parisə gedir- Makronla hərbi əməliyyatı müzakirə edəcək

Almaniya kansleri Olaf Şolts yanvarın 22-də Parisə səfər edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Almaniya hökumətinin nümayəndəsi Kristian Hofman bildirib.

Onun sözlərinə görə, kansler Almaniya-Fransa Nazirlər Şurasının iclasında iştirak edəcək.

İclas daha əvvəl keçirilməli olsa da, Almaniya ilə Fransa arasında enerji böhranı və Ukrayna münaqişənin həlli ilə bağlı fikir ayrılıqları səbəbindən təxirə salınmışdı.

“Avropada iqtisadi və beynəlxalq məsələlər üzrə ikitərəfli əməkdaşlıq, həmçinin Rusiyanın xüsusi hərbi əməliyyatının genişmiqyaslı nəticələri müzakirə olunacaq. Səfər proqramı Almaniya-Fransa Müdafiə və Təhlükəsizlik Şurasının iclası ilə başa çatacaq”, – Hofman deyib.

Eyni zamanda, Şolts Fransa prezidenti Emmanuel Makronla bəyanatlarla çıxış edəcək, bundan sonra iki ölkənin hökumət nümayəndələri Yelisey Sarayında keçiriləcək yığıncağa qatılacaqlar.

Azpost.info

Əvvəlki məqalə

AQTA-dan qida və yem məhsullarının idxalçılarına

Sonrakı məqalə

Mübariz Qurbanlı özünə yeni köməkçi təyin edib-