“Almaniya Kiyevə qarşı səxavətli deyil”- Polşa Baş naziri

“Almaniya Ukrayna hakimiyyətinə daha fəal hərbi dəstək verməlidir”.

Azpost.info xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski “Politico” nəşrinə müsahibəsində deyib.

Baş nazir hesab edir ki, Berlin Kiyevə qarşı əslində nümayiş etdirmək istədiyi kimi səxavətli deyil.

“Almaniya daha çox silah, daha çox sursat göndərməli və Ukraynaya daha çox pul verməlidir. Çünki ən zəngin və ən böyük ölkədir. Onlar lazım olduğu qədər səxavətli deyillər”, – Moravetski bildirib.

Baş nazir Almaniya hökumətini Qərb ölkələrini vuran enerji böhranına görə də qınayıb. Moravetskinin fikrincə, Berlin enerji bazarındakı qarışıqlığa görə məsuliyyət daşımalıdır, çünki bundan əvvəl Moskva ilə bu sahədə əməkdaşlığı uzun müddət inkişaf etdirib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan nefti ucuzlaşıb

Sonrakı məqalə

Şarl Mişel və Nikol Paşinyan regionda son vəziyyəti müzakirə edib