Almaniya Kiyevə 52 milyon avro əlavə yardım ayıracaq- İnfrastrukturun bərpası üçün

Rusiyanın Ukraynanın infrastrukturuna davam edən zərbələri fonunda Almaniya bu ölkəyə 52 milyon avro məbləğində əlavə yardım edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Odessada səfərdə olan Almaniyanın İqtisadi Əməkdaşlıq naziri Svenya Şulze məlumat verib.

“Bu müharibədə Ukrayna cəmiyyətinin güclənməsində elektrik enerjisi, istilik və su təchizatı da rol oynayır. Ona görə də Ukraynanın təkcə silaha deyil, həm də mülki dəstəyə ehtiyacı var”, – nazir deyib.

Şulze Odessada Ukrayna Baş nazirinin ölkənin bərpasına məsul olan müavini Aleksandr Kubrakovla görüşüb və onunla Almaniya-Ukrayna əməkdaşlığı məsələlərini müzakirə edib. Danışıqlar zamanı Svenya Şulze Ukraynaya bu ölkənin elektrik enerjisi, istilik və tibbi avadanlıqla təmin olunmasında, həmçinin bələdiyyə seçkilərinin hazırlanmasında əlavə köməklik göstərəcəyini vəd edib.

Almaniyalı nazir bu gün Moldovanın Ukrayna ilə sərhədə yaxın Ştefan-Vode şəhərinə səfər edəcək. Ukraynalı qaçqınların əsas marşrutu bu şəhərdən keçir.

Qeyd edək ki, Almaniya Ukraynadan olan qaçqınların qəbulu proqramına dəstək çərçivəsində təxminən 600 milyon avro ayırıb.

Azpost.info

Əvvəlki məqalə

MEDİA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

Sonrakı məqalə

Putin Təhlükəsizlik Şurası ilə müharibənin gedişatını müzakirə edib