Almaniya Qarabağdakı humanitar missiya layihəsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə əlavə 2 milyon avro verəcək.
Azpost.info bildirir ki, bu barədə Almaniyanın Ermənistandakı səfirliyi X-dəki mikrobloqunda məlumat verib.
“Almaniya Beynəlxalq Qızıl Xaç Komitəsinə əlavə 2 milyon avro ayırır. Biz humanitar yardımı açmağa çalışırıq”, – səfirliyin bəyanatında deyilir.
Qeyd edək ki, Berlinin Azərbycan ərazilərinə hər hansı yardım layihəsini Bakı ilə razılaşdırmadan icra etməsi qeyri-qanuni addımdır.
Azpost.info