“Almaniya hakimiyyəti bütün Avropa ölkələri kimi ABŞ-ı təqib edir və bununla da öz ayağına güllə sıxır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Almaniya da bütün Avropa kimi ABŞ-ın ardınca getməyə qərar verdi. Vaşinqtondan gələn bütün göstərişləri yerinə yetirməklə NATO-nun nümunəvi üzvü olmaq istəyir. Almaniya bunu öz ayağına atəş açmaqla edir”, -Peskov deyib.
Onun sözlərinə görə, alman sənayesinin rəqabət qabiliyyəti daha çox Rusiya qazına əsaslanırdı. Lakin Rusiyadan tədarüklərdən məhrum olmaqla, Almaniya hakimiyyəti öz ölkəsinin iqtisadiyyatını riskə atdı.
Azpost.info