Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Almaniya rusiyalı diplomatı “persona non grata” elan edib

User 22 Yanvar 2026 - 20:19 (Last updated: 22 Yanvar 2026 - 20:19)
almaniya

Almaniya hökuməti rusiyalı diplomatı casusluqluq ittihamı ilə “persona non grata” elan edib.

Almaniya Xarici İşlər Nazirliyi bu gün Rusiyanın Berlindəki səfirinin nazirliyə çağırıldığını və ona diplomatik nümayəndəliyin bir əməkdaşının ölkəni tərk etməli olması barədə məlumat verildiyini açıqlayıb. “Almaniyada casusluq, xüsusilə də diplomatik status pərdəsi altında casusluq Almaniya hökuməti tərəfindən qətiyyən qəbul edilmir”, – deyə nazirliyin açıqlamasında bildirilib.

Qeyd edək ki, Federal Kriminal Polis İdarəsi (BKA) tərəfindən Berlində saxlanılan və Rusiya casusu olduğu ehtimal edilən İlona V. adlı qadınla bağlı hadisə Almaniya siyasətində kəskin narazılığa səbəb olub.

“Spiegel” jurnalı “persona non grata” elan olunan şəxsin Rusiyanın Almaniyadakı səfirliyində hərbi attaşenin müavini olduğu və İlona V.-nin kuratoru kimi fəaliyyət göstərdiyini yazsa da, rəsmi qurumlar bu məlumatı hələlik təsdiqləməyiblər.

İlona V. Almaniyada pilotsuz uçuş aparatlarının sınaqları və tədarükü, eləcə də müdafiə sənayesi obyektlərinin yerləşdiyi ərazilər barədə məlumatlar toplayaraq Rusiyaya ötürməkdə ittiham olunur.

AzPost.az

Post navigation

Previous: Korlanmış pulları necə dəyişmək olar?
Next: Zelenski Rusiya ilə danışıqlarda Ukraynanı təmsil edəcək şəxsləri açıqlayıb

Oxşar xəbərlər

husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
kusner
  • Dünya

Ukrayna müharibəsində dönüş ola bilər – Kuşner yeni razılaşmalardan danışdı

User 15 Noyabr 2026 - 12:48
dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06

xƏBƏR

ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. Təbrikdə deyilir: “Hörmətli radio və televiziya işçiləri, Azərbaycan...
Read more about Prezident televiziya və radio işçilərini təbrik edib
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.