Almaniya XİN rəhbəri Kiyevə gəlib- "Ukraynanı dəstəkləməyə davam edəcəyik” (FOTO)

Almaniyanın xarici işlər naziri Annalena Berbok xüsusi əməliyyat başlayandan bəri ikinci dəfə Kiyevə səfər edib.

Azpost.info xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Mən bu gün Kiyevə gəldim. Ukraynalılar bilsinlər ki, bizə güvənməyə davam edə bilərlər. Biz lazım olduğu müddətcə Ukraynanı silah, humanitar və maliyyə yardımı ilə dəstəkləməyə davam edəcəyik”, – Berbok deyib.

Almaniya XİN rəhbərinin Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcəyi bildirilir.

Azpost.info

Əvvəlki məqalə

“BakuBus”un 303 avtobusu hara yoxa çıxıb? –

Sonrakı məqalə

Bayden qaçqınlar üçün kvota müəyyən etdi