Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

Almaniyanın xarici işlər naziri Annalena Berbok bu gün səhər qatarla Kiyevə gəlib.

Azpost.info xəbər verir ki, bu barədə Almaniyanın “Süddeutsche Zeitung” qəzeti yazıb.

XİN rəhbəri bildirib ki, Berlin Kiyevə iqtisadi, humanitar, eləcə də hərbi baxımdan dəstək verməkdə davam edəcək.

O, ölkə hakimiyyətinə korrupsiya ilə mübarizənin vacibliyini də xatırladıb.

Almaniyalı nazirin səfərinin dəqiq qrafiki məlum deyil. Onun prezident Vladimir Zelenski, ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşə biləcəyi güman edilir.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev İsrailin dövlət nazirini qəbul edib

Sonrakı məqalə

Daha bir siyasi partiya qeydə alınıb