Almaniyada avtomobil istehsalı son 23 ildə ən aşağı səviyyəyə enib ki, bunun əsas səbəbi kimi qlobal ticarət müharibəsinin ölkəyə mənfi təsiri göstərilir.
“APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, 2019-cu ildə “Volkswagen AG”, “BMW AG” və “Daimler AG” daxil olmaqla alman avtomobil istehsalçıları 4,66 mln. avtomobil konveyerdən buraxıblar ki, bu da 1996-cı ildən bəri ən aşağı göstəricidir. Almaniya Avtomobil Sənayesi Birliyinin (VDA) məlumatına görə, azalmaya səbəb qlobal bazarda kəskin enən tələb olub.
Bundan əlavə, VDA-nın 2020-ci il üçün verdiyi proqnoza görə, Almaniyanın qlobal avtomobil tədarükü ötən il qeydə alınan 80,1 mln. avtomobildən 78,9 mln. avtomobilə enəcək.