Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Almaniyada azyaşlılara hücum edən miqrant həbs olunub

User 16 Oktyabr 2025 - 18:51 (Last updated: 16 Oktyabr 2025 - 18:38)
almaniya

Almaniyanın Aşaффenburq şəhərində 9 ay əvvəl azyaşlılara qarşı baş vermiş dəhşətli hücumun təfərrüatları məhkəmədə açıqlanıb.

AzPost bildirir ki, psixi xəstə olduğu müəyyən edilən 28 yaşlı Əfqanıstan vətəndaşı Emalulla O. iki nəfərin ölümü, bir neçə nəfərin isə yaralanması ilə nəticələnən hücumda günahkar bilinib.

Hadisə bu ilin yanvar ayında baş verib. Uşaq bağçasının beş nəfərdən ibarət qrupu iki tərbiyəçi ilə birlikdə parkda gəzərkən, kişi mətbəx bıçağı ilə onlara hücum edib. Nəticədə iki yaşlı oğlan uşağı və onu qorumağa çalışan 41 yaşlı kişi həlak olub. Daha üç nəfər, o cümlədən iki yaşlı suriyalı qız və 72 yaşlı kişi müxtəlif dərəcəli bıçaq xəsarətləri alıblar.

Prokuror Yürqen Bunçux bildirib ki, təqsirləndirilən şəxs paranoidal şizofreniyadan əziyyət çəkir və hücum zamanı halüsinasiyalar görüb. O, hadisədən əvvəl YouTube-da “Motivasiyaedici döyüş musiqisi” adlı video izləyib. Məhkəmə prosesi zamanı Emalulla O. sakit, halsız vəziyyətdə olub və dediyinə görə, qəbul etdiyi dərmanlar səbəbindən özünü zəif hiss edib.

Prokurorluq onun daimi olaraq psixiatrik klinikaya yerləşdirilməsini tələb edir. Məhkəmə araşdırması zamanı məlum olub ki, 2023-cü ildə Almaniya hakimiyyəti Emalulla O.-nu Bolqarıstana deportasiya etməyə cəhd edib, lakin bu baş tutmayıb.

Hücum Almaniyada miqrasiya siyasəti ətrafında kəskin müzakirələrə səbəb olub. Xristian-demokratların lideri Fridrix Mers hadisədən sonra sərhəd nəzarətinin gücləndirilməsi və sığınacaq qaydalarının sərtləşdirilməsi çağırışı ilə çıxış edib. O, sonradan “Almaniya üçün Alternativ” (AfD) partiyasının dəstəyi ilə immiqrasiya siyasətinin sərtləşdirilməsini tələb edən qətnaməni parlamentdən keçirməyə nail olub.

AzPost.az

Post navigation

Previous: Şikayətçi “Kontakt Home”də çatdırılma xidmətindən narazı qalıb
Next: Tramp və Putin arasında telefon danışığı başlanıb

Oxşar xəbərlər

turk jurnalist
  • Kriminal

Azərbaycanda türkiyəli köşə yazarı axtarışa verildi, cinayət işi açıldı –

User 16 Oktyabr 2026 - 16:20
xirdalan mek
  • Kriminal

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi

User 16 Oktyabr 2026 - 09:25
qeza
  • Kriminal

Gədəbəydə sərxoş sürücü qəza törətdi –

User 14 Oktyabr 2026 - 15:47

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.