Ermənistan Almaniyada üzərində “Artsax Respublikası” yazılmış qondarma “DQR”-lə bağlı simvolik “0” məbləğində suvenir avro sifariş verib.
Azpost.info bildirir ki, banknot Almaniyada yerləşən şirkət tərəfindən hazırlanıb. Bu şirkət Avropa Bankı ilə bağlıdır. Simvolik avro 11 noyabrda beş min tirajla buraxılacaq. Avronun üzərində ermənilərin Qarabağın simvolu hesab etdikləri “Biz və Dağlar” heykəli əks olunub.
Sifarişi hazırlayan Almaniya şirkəti “Artsax”ın mübahisəli rayon olduğunu qeyd edib və “siyasi cəhətdən Ermənistanın bir hissəsi olmasına baxmayaraq Azərbaycan tərəfindən işğal olunduğunu” yazıb.(?)
Yəqin Azərbaycanın Almaniyadakı səfirliyi bununla maraqlanacaq.
Azpost.info