İran sabahdan uranın zənginləşdirilməsinə başlayacaq –Tehran nüvə sazişindən imtina etdi

İran noyabrın 6-dan etibarən Fordoda yerləşən obyektdə uranın zənginləşdirilməsinə başlayacaq.

RİA Novosti xəbər verir ki, bunu Tehran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

O bildirib ki, Fordodakı obyektdə uran 5 faizlə zənginləşdiriləcək.

Qeyd edək ki, bundan əvvəl İran prezidenti noyabrın 6-dan etibarən Rəsmi Tehranın dördüncü dəfə nüvə sazişi üzrə öhdəlikləri yerinə yetirməkdən imtina edəcəyini və Fordodakı müəssisədə uranı qazla təmin etmək üçün sentrifuqalardan istifadə etməyə başlayacağını açıqlamışdı. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moskvada Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq –

Sonrakı məqalə

Almaniyada üzərində  “Artsax Respublikası” yazılmış avro hazırlanıb –