Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Almaniyadan sığınacaq almaq üçün edilən müraciətlərin sayı xeyli azalıb

User 05 İyul 2025 - 23:01 (Last updated: 05 İyul 2025 - 23:01)
alman miqrant

Almaniyadan sığınacaq almaq üçün müraciətlərin sayı ilin birinci yarısında 45 faizədək azalıb.

AZƏRTAC xəbər verir ki, Federal Miqrasiya və Qaçqınlar İdarəsinin (BAMF) statistikasında bu ilin ilk yarısında 61 min 336 nəfərin Almaniyada ilk dəfə, 11 min 482 nəfərin isə təkrar sığınacaq üçün müraciət etdiyi qeyd olunub. Bu, 2024-cü ilin birinci yarımilliyi ilə müqayisədə 44,9 faiz azdır. Həmin vaxt bu göstərici 132 min 201 olub.

Azalmanın səbəbləri arasında Almaniyanın bütün sərhədlərində yoxlama tədbirlərinin tətbiqi, Balkan ölkələrinin qeyri-qanuni miqrasiyaya qarşı atdığı addımlar, həmçinin Suriyada vəziyyətin dəyişməsi yer alır.

Son bir neçə il ərzində Suriyadan gələnlər Almaniyada sığınacaq almaq istəyənlərin əsas hissəsini təşkil edirdilər. Lakin ötən ilin sonunda Suriyada hakimiyyət dəyişikliyindən sonra bu ölkədən müraciətlər xeyli azalıb. Bu ilin ilk yarısında Suriyadan 15 min 127 müraciət qeyd alınıb ki, bu da Əfqanıstandan gələnlərdən (15 min 181) bir qədər azdır.

Avropa İttifaqının Sığınacaq Agentliyinin (EUAA) hələ rəsmən açıqlanmayan hesabatına əsasən, Almaniyada 2025-ci ilin ilk yarısında 65 min 495 sığınacaq müraciəti qeydə alınıb. Bu, ötən ilə nisbətən 43 faiz azalma deməkdir. Bununla da Almaniya İspaniya (76 min 20 müraciət) və Fransadan (75 min 428) sonra üçüncü yerdədir. Sonrakı yerləri İtaliya (62 min 534) və Yunanıstan (27 min 718) tutur. Ən aşağı göstəricilər isə Macarıstan (47 müraciət), Slovakiya (84) və Litvaya (152) məxsusdur.

AzPost.az

Post navigation

Previous: Tramp Ukrayna müharibəsini bitirə biləcəyinə əmin deyil
Next: İsrailin Qəzzaya endirdiyi hava hücumlarında 78 nəfər öldürülüb

Oxşar xəbərlər

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
rus seir
  • Dünya

Rusiyanın ABŞ-dakı səfiri qəflətən vəfat edib

User 11 Noyabr 2026 - 21:05

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.