Almaniyanın ən böyük müxalifət partiyası Şoltsa Ukrayna ilə bağlı çağırış edib

Almaniyanın ən böyük müxalifət partiyası olan Xristian Demokrat İttifaqının sədri Fridrix Merz kansler Olaf Şoltsu Kiyevə “Taurus” qanadlı raketlərinin verilməsini gecikdirməməyə çağırıb.

Azpost.info xəbər verir ki, Merz bugünkü müsahibəsində deyib ki, bu, Ukraynaya böyük kömək olardı.

Muxalifət liderinin fikrincə, hökumət başçısı “Taurus”un verilməsi məsələsində qətiyyət nümayiş etdirməlidir.

Eyni zamanda o, kanslerin müttəfiqlərə Ukraynaya dəstəyi gücləndirmək çağırışını alqışlayıb və bunu yaxşı mesaj adlandırıb.

Azpost.info

Əvvəlki məqalə

Belarus vətəndaşı Polşada saxlanılıb

Sonrakı məqalə

Əməkdar artist xəstəxanaya yerləşdirilib, əməliyyat olunacaq