Belarus vətəndaşı Polşada saxlanılıb

24ff7a39-4ab68f06007743d1b5ba1e3ef6d41fe5

Polşada saxlanılan Belarus vətəndaşı casusluqda ittiham edilir.

Azpost.info xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Qadın Minskdə Dövlət Təhlükəsizlik Komitəsinə məlumat ötürməkdə şübhəli bilinir.

Təqsirləndirilən şəxs dekabrın 20-də Polşa Daxili Təhlükəsizlik Agentliyi tərəfindən saxlanılıb. Ona qarşı Varşava Milli Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən ittiham irəli sürülüb.

Məhkəmə belaruslu qadını 3 ay müddətinə müvəqqəti həbs edib. Saxlanılan şəxsin günahı sübuta yetirilərsə, o, 10 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Azpost.info