Almaniya mediası DPA xəbər agentliyinə istinadən virusa yoluxma riskini minimuma endirmək üçün sosial uzaqlaşma və gigiyena tələblərini yerinə yetirməklə, ölkədəki muzeylərin, sərgilərin, memorialların, zooparklar və botanika bağlarının yaxın zamanda açıla biləcəyini bildirib.
Hökumət layihəsindən gətirilən sitata görə, bu şərtlər virusun daha asan yayıla biləcəyi kiçik və ya tarixi binalar üçün xüsusilə vacibdir. Məlumatda bildirilib ki, ayrılan 10 milyon avro (10.88 milyon dollar) yardım muzeylərdə lazımi tədbirlər görülməsinə yardım edəcək.
Focus jurnalında yeni koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün qadağan edilən kilsə xidmətlərinin də bir müddət sonra işlərini bərpa edə biləcəyi deyilib. Xəbərlərdə yeni tədbirlərin qüvvəyə minəcəyi tarixlər bildirilməyib.
Almaniya kansleri Angela Merkel cümə axşamı federal ştatların rəhbərləri ilə görüşdən sonra mətbuat konfransı keçirməlidir.
Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə dörd həftə sürən ciddi karantindən sonra Almaniyada bəzi məhdudiyyətlər yüngülləşdirilərək, Köln və Frankfurt kimi şəhərlərdə bəzi mağazaların açılmasına icazə verilib.