Almaniyanın muzey, kilsə, zooparkları yenidən açılır

Almaniya mediası DPA xəbər agentliyinə istinadən virusa yoluxma riskini minimuma endirmək üçün sosial uzaqlaşma və gigiyena tələblərini yerinə yetirməklə, ölkədəki muzeylərin, sərgilərin, memorialların, zooparklar və botanika bağlarının yaxın zamanda açıla biləcəyini bildirib.

Hökumət layihəsindən gətirilən sitata görə, bu şərtlər virusun daha asan yayıla biləcəyi kiçik və ya tarixi binalar üçün xüsusilə vacibdir. Məlumatda bildirilib ki, ayrılan 10 milyon avro (10.88 milyon dollar) yardım muzeylərdə lazımi tədbirlər görülməsinə yardım edəcək.

Focus jurnalında yeni koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün qadağan edilən kilsə xidmətlərinin də bir müddət sonra işlərini bərpa edə biləcəyi deyilib. Xəbərlərdə yeni tədbirlərin qüvvəyə minəcəyi tarixlər bildirilməyib.

Almaniya kansleri Angela Merkel cümə axşamı federal ştatların rəhbərləri ilə görüşdən sonra mətbuat konfransı keçirməlidir.

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə dörd həftə sürən ciddi karantindən sonra Almaniyada bəzi məhdudiyyətlər yüngülləşdirilərək, Köln və Frankfurt kimi şəhərlərdə bəzi mağazaların açılmasına icazə verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Çin seçkilərdə məğlub olmağım üçün əlindən gələni edəcək” –

Sonrakı məqalə

Bir gündə dünyada 10 min nəfər koronavirusdan ölüb